Yumurtalı kartof yemək olmaz – SƏBƏB 
02 aprel 2024 13:26 (UTC +04:00)

Yumurtalı kartof yemək olmaz – SƏBƏB 

Yumurtanı bəzi qidalarla yemək sağlamlığınıza ciddi zərər verə bilər.

Lent.az xəbər verir ki, xüsusilə, mayonez və kartof ilə yumurta yemək son dərəcə zərərlidir. 

Yumurtaları mayonezli (yağ, qaymaq) yeməməlisiniz, çünki bu, yağların həzmini ləngidir.

Həmçinin, bir çoxlarının sevdiyi yumurtalı kartof da ziyandır. Çünki onlar yumurtadan kalsium və dəmirin udulmasını pozur.

Yumurta düyü və südlə birləşdirildikdə də faydalı xüsusiyyətlərini itirir.

Bundan əlavə, balıqla yumurta yemək məsləhət deyil. Yumurtanın tərkibində olan avidin balıqda olan B7 vitaminini zərərsizləşdirir.


 

# 39198
avatar

Sevinc Fərid

Oxşar yazılar