Türk paxlavası
04 dekabr 2020 18:18 (UTC +04:00)

Türk paxlavası

Türk paxlavasının hazırlanma qaydası: Daha ləzzətli olması üçün...

Türkiyədə “Şirniyyatlar içində ən məşhuru hansıdır” sualını versəniz, böyük əksəriyyət paxlava (baklava) cavabını verəcək. 

Bayramların, toyların, gözəl günlərin şirin bəzəyidir paxlava. Çox incə açılmış qat-qat xəmirin arasına çəkilmiş püstə, qoz və ya fındıq qoyub bişirmək və şərbətlə daha da dadlandırılmaqla hazırlanan şirniyyatdır paxlava.

Bunu da mütləq vurğulayaq ki, paxlava təkcə Türkiyədə deyil, Balkanlardan Orta Şərqə qədər geniş bir coğrafiyada bişirilən şirniyyatdır. Amma deqüstatorlar Türkiyədə ən yaxşı paxlavanın ölkənin cənub-şərq bölgəsində - Qaziantepdə edildiyini söyləyirlər.

Türk paxlavasını hazırlamaq üçün bizə nələr lazımdır?

  • 3 ədəd yumurta,
  • 1 stəkan süd,
  • 1 stəkan maye yağ,
  • 1 çay qaşığı qabartma tozu, yəni droj,
  • 1 yemək qaşığı sirkə,
  • dörddə bir qədər (¼) çay qaşığı duz,
  • 5 stəkan un,
  • 2 stəkan çəkilmiş qoz ləpəsi və ya püstə,
  • 1 stəkan yarım stəkan qarşıdalı nişastası,
  • 1 çay qaşığı limon suyu,
  • 250 qram əridilmiş kərəyağı.

  Paxlavanın şərbəti üçüncə bunlar lazımdır:

  • 4 stəkan şəkər tozu,
  • 5 stəkan su,
  • yarım çay qaşığı təzə sıxılmış limon suyu.

Sıra gəldi paxlavanı bişirməyə. 

Əvvəlcə paxlavanın xəmirini yoğurmağa başlayırıq. Bunun üçün unu dərin bir qaba töküb orta qismini barmaq uçları ilə hovuz kimi açın, yumurta, süd, maye yağ, qabartma tozu, sirkə və duzu ora əlavə edin. Hamısını yavaş-yavaş qarışdıraraq yumşaq bir xəmir hazırlayın. Xəmirin üzərinə nəmli parça örtərək 1 saata qədər otaq temperaturunda saxlayın ki, özünə gəlsin.

Gələn xəmiri 2 bir az böyük, 18 bərabər parçaya ayırdıqdan sonra mərmər bir dəzgah üzərində yumrulayın. Hər xəmir parçasını nimçə boyda açın. Aralarına qarğıdalı nişastası səpərək açdığınız xəmirləri üst-üstə yığın. Oxlovla xəmirləri aça bildiyiniz qədər açın.

İşimizə davam edirik. Açdığımız lavaşların aralarını yağlamaq üçün kərə yağını kiçik bir qazanda isidib əridin. Soba tavasını ərinmiş kərə ilə yağlayın.

Açdığınız lavaşların qalınlarından iki dənəsini paxlavanın alt və üst hissəsi üçün ayırın.

Lavaşların arasını kərə ilə yağlaya və çəkilmiş qoz (fısdıq) ləpəsini hər tərəfinə bərabər səpərək soba tavasına üst-üstə düzməkdə davam edin.

Hər lavaşı qoyduqca onu qabın alt tərəfinə doğru əyərək sıxmağı unutmayın.  

Sonra paxlavanı düzbucaqlı və ya çəp şəkildə iti bıçaqla kəsib-dilimləyin.

Qalan əridilmiş kərə yağını paxlavanın üzərinə sürtün. Sonra əvvəlcədən 180 dərəcə isidilmiş sobada üzəri qızarıb qatları tək-tək açılana qədər - təxminən 50 dəqiqə bişirin.

Paxlava bişincə, siz o zaman kəsiyində onun şərbətini hazırlamaqda olun. Toz şəkəri suyla dərin bir qazanda qarışdırdıqdan sonra orta atəşdə təxminən 25 dəqiqə qaynadın. Üzərinə limon sununu da əlavə etdikdən sonra qazdan götürün.

Sobadan çıxartdığınız isti paxlavanın üzərinə çömçə ilə isti şərbəti yavaş-yavaş süzərək içinə çəkməsini təmin edin. Paxlava şərbəti özünə tam çəkəndən sonra dilimləri ayırıb süfrəyə gətirin. Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10321

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54