Salatların içərisinə qaşıq qoymaq  olmaz
08 avqust 2025 19:41 (UTC +04:00)

Salatların içərisinə qaşıq qoymaq olmaz

Gündəlik həyatda və ya bayram süfrələrində tez-tez salatların içərisinı qoyulan qaşıqlarla qarşılaşırıq. Bəziləri üçün bu rahat görünsə də, bu vərdiş nə mədəniyyətə, nə də gigiyenik qaydalara uyğun gəlmir. Mütəxəssislər belə bir davranışın həm sağlamlıq, həm də masanın ümumi estetik görüntüsü baxımından təhlükəli olduğunu bildirirlər.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Gigiyena baxımından təhlükə

Salatlar adətən əl ilə qarışdırılır və əgər həmin qaşıq salatın içində qalırsa, o, bakteriyaların sürətlə çoxalması üçün əlverişli bir mühit yaradır. Nəticədə salat daha tez xarab ola bilər və bu, sizin və qonaqlarınızın sağlamlığına ciddi zərər verə bilər. Xüsusilə isti havalarda bu risk daha da artır.

Estetik və iştah baxımından mənfi təsir

Salatın içərisinə qoyulmuş qaşıq yeməyin görünüşünü pozur. Bu, süfrənin ümumi görünüşünü səliqəsiz göstərir, bayram ovqatını azaldır və iştahı da çəkindirə bilər.

Etiket qaydalarına ziddir

Masa mədəniyyətinə əsasən, salat kimi yeməklər ayrıca servis qaşığı ilə təqdim olunmalı və istifadə etdikdən sonra ya xüsusi boşqabda saxlanmalı, ya da kənarda qoyulmalıdır. Qaşığın birbaşa salatın içində qalması, əsasən ucuz iaşə obyektlərində rast gəlinən bir haldır və ev sahibəsinin etiket qaydalarından bixəbər olduğu görüntüsü yarada bilər.

Əgər salat servis edirsinizsə, onun yanında ayrıca servis qaşığı təqdim edin və istifadə edildikdən sonra onu masanın kənarına yerləşdirin. Bu, yalnız gigiyenik deyil, həm də zövqlü və mədəni bir davranışdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar