Qışa hazırlıq - Üzüm yarpağının hazırlanmasının SİRRİ  - Lent.az-ın MƏTBƏXİNDƏ
13 iyul 2021 19:53 (UTC +04:00)

Qışa hazırlıq - Üzüm yarpağının hazırlanmasının SİRRİ - Lent.az-ın MƏTBƏXİNDƏ

Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.

Bu dəfə sizə sosial şəbəkədəki Elmira Qədirovanın “YouTube” kanalına istinadən qış üçün üzüm yarpağının hazırlanmasını təqdim edəcəyik.

Xanımlar, bu reseptdən istifadə edərək qız aylarında yeni qalmış üzüm yarpağında dadlı dolmalar hazırlaya biləcəksiniz. Elə isə vaxt itirmədən hazırlamağa başlayaq.

Lent.az bunun üçün lazım olanları təqdim edir: 

6 ədəd 700 qramlıq banka 

2 kiloqram üzüm yarpağı 

6 xörək qaşığı duz 

4 litr su

Hazırlanma qaydası: 

75 qram üzüm yarpağı dəstələnir. Hər bir bankaya 300 qram yerləşdirilir. Bu zaman əlavə edəcəyimiz suya yer olur və axıb getmir. 700 qram bankada hazırlanan yarqapla  500 qram ətin dolmasını hazırlamaq mümkündür. Toplamda 4 litr su, 6 xörək qaşığı duzu dəstələnmiş yarpaqların üzərinə əlavə edirik. 

Davamı “YouTube” videosunda.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Nigar Adil

Oxşar yazılar