Qaynadılmış  yumurtanın qabığını   tez təmizləməyin 3 SADƏ YOLU
25 yanvar 2024 18:59 (UTC +04:00)

Qaynadılmış yumurtanın qabığını tez təmizləməyin 3 SADƏ YOLU

Heç yumurtanın qabığının qaynadıqdan sonra çətinliklə çıxdığı bir vəziyyətlə qarşılaşmısınız? 

Çox güman ki, əksəriyyətinizin qarşılaşdığı mənzərədir. Bu problem çoxlarına tanışdır.

Lent.az xarici KİV-ə istinadən çox səy göstərmədən qaynadılmış yumurtanın qabığını asanlıqla soymağınıza kömək edəcək bir neçə sadə və effektiv üsulları diqqətinizə çatdırır.

1. Qaynadıqdan sonra qabığını çatlamaq üçün yumurtanı yüngülcə vurun. Yumurtaların üzərinə soyuq su tökün və bir neçə dəqiqə buraxın - göstərilən müddətdən sonra qabıqları çıxarmaqda heç bir problem olmamalıdır.

2. Qaynadılmış yumurtanı bir stəkan soyuq suya qoyun, qapaq ilə örtün və güclü silkələyin. Birinci üsulda olduğu kimi, qabıq yumurtadan asanlıqla ayrılacaq.

3. Yumurta soyuduqdan sonra onu təzgahın üstünə yuvarlayın, əlinizlə yumurtanı masanın üzərinə yüngülcə sıxın. Nəticədə qabıq çökəcək və onu çıxarmaq asan olacaq.

Qeyd: sadalanan üsullar bərk qaynadılmış yumurtalara gəldikdə istifadə edilə bilər.

Yumşaq qaynadılmış yumurta ilə bu cür addımların nəticəsi gözləniləndən bir qədər fərqli ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 40665
avatar

Fidan İlqar

Oxşar yazılar