Piroqlar ev mətbəxinin əsas yeməklərindən biridir. Onlar müxtəlif çeşidlərdə olurlar, buna görə hər kəs öz mükəmməl reseptini tapa bilər. Bununla belə, piroqları həqiqətən dadlı etmək üçün onların hazırlanmasının bir neçə sirrini bilməlisiniz. Hamısı düzgün xəmirdən başlayır, lakin içliyidə eyni dərəcədə mühüm rol oynayır.
Lent.az ən dadlı piroq reseptini təqdim edir:
Tərkibi:
un - 500 qram
süd - 250 millilitr
şəkər - 2 çay qaşığı.
duz - 1 çay qaşığı
kərə yağı - 50 qram
yağlama üçün yumurta - 2 ədəd.
təzə maya - 25 qram
mal və ya toyuq əti - 300 qram
soğan - 1 ədəd
Bişirmə prosesi:
Xəmir üçün un, süd, şəkər, duz, yağ və yumurta qarışdırılır. Sonra maya əlavə edilir. Elastik yumşaq xəmir yoğurun. Xəmiri isti yerə qoyun və üstünü bağlayın. Yaxşı qalxsa, piroqlar yumuşaq olacaq.
İçlik üçün qiyməni xırda doğranmış soğan və ədviyyatlarla tavada qızardın. İçlik hazır olduqda, xəmiri yuvarlayın. Çox incə etməyin, amma xəmirdən də çox istifadəyə ehtiyac yoxdur. İçliyi bərabər şəkildə yayın və kənarlarını yaxşıca bağlayın.
Piroqları yumurta sarısı ilə fırçalayın. Əvvəlcədən isidilmiş sobada 180-200°C-də 15-20 dəqiqə piroqlar qızılı rəng alana qədər bişirin.
Nuş olsun!