İlk baxışdan hamburger və hot-doq sadəcə fast food – yəni sağlam qidalanma ilə əlaqəsi olmayan yeməklər kimi görünür.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, amma bu iki məşhur məhsulu müqayisə etdikdə məlum olur ki, onlardan biri daha az zərərli, hətta düzgün hazırlandıqda daha faydalı ola bilər.
Bəs hansı daha yaxşı seçimdir – hamburger, yoxsa hot-doq?
Hamburger: daha çox protein və tərəvəz
Klassik hamburger adətən çörək, mal əti kotleti, pendir, kahı, pomidor, turşu və souslardan ibarət olur. Onun əsas üstünlüyü zülal baxımından zəngin olmasıdır (ət sayəsində), həmçinin tərkibindəki tərəvəzlər lif və vitamin mənbəyidir.
Əgər:
Az yağlı kotlet
Tam buğda çörəyi
Minimum sous istifadə olunarsa, hamburger olduqca balanslı və nisbətən sağlam bir yemək ola bilər.
Hot-doq: daha az fayda, daha çox risk
Hot-doq isə əsasən sosiska və ağ unlu çörəkdən ibarət olur. Bəzən üstünə bir az sous əlavə edilsə də, ümumilikdə tərəvəz tərkibi demək olar ki, yoxdur.
Sosiska - emal olunmuş ət məhsuludur və:
duz
konservant
doymuş yağlar baxımından olduqca zəngindir.
Bu tərkib hot-doqu həm qidalanma baxımından zəif, həm də sağlamlıq üçün potensial zərərli edir.
Ekspertlər nə deyir?
Diyetoloqlar qeyd edirlər ki, əgər ingrediyentlər keyfiyyətlidirsə, hamburger hot-doqdan daha yaxşı seçimdir.
Çünki hamburger:
Daha çox zülal
Faydalı yağlar
Tərəvəz və lif baxımından daha zəngindir.
Əksinə, hot-doqun müntəzəm istifadəsi:
Ürək-damar xəstəlikləri
Artıq çəki və piylənmə riskini artırır.
Əgər bu iki fast food yeməyi arasında seçim etməlisinizsə, daha balanslı və sağlam şəkildə hazırlanmış hamburgeri seçmək daha doğru olar. Hot-doq isə daha çox emal olunmuş, tərəvəzsiz və duzlu məhsul olduğuna görə, tədbirli şəkildə və nadir hallarda istifadə olunmalıdır.