Hamı sizdən bu resepti soruşacaq - Yarpaq dolmasının GİZLİ SİRRİ
11 avqust 2025 19:43 (UTC +04:00)

Hamı sizdən bu resepti soruşacaq - Yarpaq dolmasının GİZLİ SİRRİ

Yarpaq dolması Azərbaycan süfrələrinin kraliçasıdır qoxusu ilə evi bürüyər, dadı ilə qonaqları valeh edər. Amma hər kəsin dolması bir az fərqli alınar. Bu resept isə klassik dada sadiq qalaraq, içinə gizli bir toxunuşu və incə ətri fərqlənir. Qonaq dolmanı yeyib "bu dolmanın fərqli bir ləzzəti var" deyəcək, amma səbəbini tam tapa bilməyəcək.

Lent.az bu gizli sirri təqdim edir:

Tərkibi:
Yarım kilo təzə və ya duzlu üzüm yarpağı

300 qram orta yağlı qıyma (mal və ya qoyun ətindən)

1 stəkan yuyulmuş uzun düyü

1 iri soğan – çox xırda doğranmış

1 dəstə keşniş

1/2 dəstə şüyüd

1 çimdik quru nanə

1 dolu xörək qaşığı tomat pastası

3 xörək qaşığı duru yağ və ya əridilmiş kərə yağı

Duz, qara istiot və 2-3 ədəd təzə tərxun yarpağı – xırda doğranmış (bütün içliyə yalnız bu qədər əlavə olunur!)

Hazırlanma qaydası:
Əvvəlcə yarpaqları suda pörtürsünüz əgər duzlu yarpaqdırsa, bir neçə dəfə suda yuyulmalıdır ki, duzu tam çıxsın. Düyünü yuyub süzün, soğanı incə doğrayın. Keşniş və şüyüdü doğrayın. Bu yaşıl göyərtilər dolmaya təzəlik qatacaq. Amma bu reseptin gizli qəhrəmanı tərxun az miqdarda və incə-incə doğranmış şəkildə içliyə əlavə edilir. O, özünü birbaşa büruzə verməyəcək, amma ləzzətin dərinliyinə işıq tutacaq. İçliyi hazırlamaq üçün qıyma, düyü, doğranmış göyərti, soğan, yağ, tomat pastası, duz və istiot bir qabda qarışdırılır. Bu qarışığa cəmi 2-3 ədəd tərxun yarpağı əlavə olunur. Bu qədər yetərlidir çox atılsa tərxun dominant olar, az atılsa heç bilinməz. İncə bir ətir və yüngül bir “bu nədir belə?” təəssüratı üçün bu qədər kifayətdir. Dolmalar klassik qaydada bükülür, qazana sıx şəkildə düzülür. Üzərinə 1 stəkan isti su əlavə edilir, qapağı örtülüb zəif odda təxminən 40-50 dəqiqə bişirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar