Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən ətsiz kotlet reseptini sizinlə bölüşürük. Bu kotlet həm çox sərfəli, həm də ləzzətlidir.
Lazım olan ərzaqlar:
Stəkan ölçüsü 200 ml.
1 ədəd soğan
1 ədəd kök
2 diş sarımsaq
3 ədəd yumurta
300 qram (1,5 stəkan) qarabaşaq (qreçka)
0,5 litr (2,5 stəkan) su
1 çay qaşığı duz
2 yemək qaşığı kərə yağı
Zövqə görə qara istiot, sarıkök, paprika
Üzəri üçün 1/2 stəkan suxari
Qızartmaq üçün duru yağ
Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.
Nuş olsun!