Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sosial şəbəkədə "MyFoodChannel" adı ilə tanınan səhifəyə istinadən çox dadlı türk üsulu bibər dolması reseptini sizinlə bölüşürük. Bu dolma ətlə deyil, bulqur ilə hazırlanır. Bu üsul ilə hazırlanan dolma həm ləzzəti, həm də görünüşü ilə süfrələrinizin bəzəyi olacaq.
Lazım olan ərzaqlar:
Stəkan ölçüsü 200 ml.
2 ədəd soğan
1 stəkan düyü
1/2 stəkan bulqur
1 ədəd iri pomidor
1 armudu stəkan zeytun yağı
1/2 dəstə cəfəri
1/2 dəstə şüyüd
1 yemək qaşığı bibər pastası
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1 çay qaşığı quru nanə
1 stəkan su
13-15 ədəd şirin yaşıl bibər
Bibəri ovmaq üçün 1 çay qaşığı duz + 1 çay qaşığı şəkər tozu
Sousu üçün
2 stəkan su
2 yemək qaşığı tomat pastası
3 yemək qaşığı zeytun yağı
1/3 çay qaşığı duz
Hazırlanma qaydasını videodan ətraflı izləyə bilərsiniz.
Nuş olsun!