Bu qidalar bizi daha sürətli qocaldır -  DİQQƏTLİ OLUN
27 sentyabr 2021 19:22 (UTC +04:00)

Bu qidalar bizi daha sürətli qocaldır - DİQQƏTLİ OLUN

Çoxumuza məlumdur ki, uzun müddət günəşin altında qalmaq dərimizi qocaldır. Amma son araşdırmalardan sonra məlum olub ki, dərimizi günəş şüalarından daha sürətli qocalda bilən başqa şeylər də var. Qidalar. Təccübləndiniz, elə deyilmi? Bəli, qidalar bizi qocaldır. Əlbəttə, hamısı yox. Dərini qocaldan qidalar hansılardır?

Lent.az dərinizin yaşlanmasını sürətləndirə biləcək 6 qidanı təqdim edirik. Bəlkə də bəzilərimiz hər gün bu qidalardan yeyirik...

1. Ədviyyatlı qidalar

Ədviyyatlı qidalardan tamamilə imtina etməyin, ancaq onları istehlak edərkən bir az daha diqqətli olun. Belə qidalar qan damarlarını genişləndirərək dərinizin qırmızı və ya ləkəli görünməsinə səbəb ola bilər.

2. Emal edilmiş ət

Belə məhsullar yalnız ürək sağlamlığınız deyil, həm də dəriniz üçün imtina etməli olduğunuz qidalar arasındadır. Kolbasa və sosiska kimi bütün emal edilmiş ətlər yüksək miqdarda doymuş yağ, natrium və sulfit ehtiva edir. Bütün bunlar dərini qurudur və iltihaba səbəb olur, kollagen istehsalını zəiflədir.

3. Alkoqol

Alkoqol su itkisinə yol açır, bu da dərinizə birbaşa təsir edir. Axı dərinizin 64 faizi sudur. Bundan əlavə, spirtli içkilərdən sonra dəriniz daha şişkin görünə bilər. Kollagen itkisinə səbəb olaraq qırışlar yarada bilər. Alkoqolu yalnız dəriniz üçün deyil, ümumi sağlamlığınız üçün də siyahıdan çıxarın.

4. Şəkərli qidalar

Şirin qidalar, nəzarətiniz altında olduğu müddətcə o qədər də zərər verməz. Şəkəri çox olan qidalar yeyirsinizsə, bədəniniz kollagenə zərər verən müəyyən maddələr çıxaracaq. Beləliklə, nə qədər çox şəkər istehlak etsəniz, o qədər tez yaşlanırsınız. Buna görə də, şəkər ehtiyaclarınızı meyvə və acı şokoladla ödəməyə çalışın.

5. Duz

Duz bədəndə suyun miqdarını azaldır. Bu, dərinizin qırışmasına səbəb olaraq yaşlanmanızı sürətləndirir. Duzlu qidalardan mümkün qədər uzaq durun və yeməyi dadmazdan əvvəl duz əlavə etmək vərdişindən imtina edin. Unutmayın ki, istehlak etdiyiniz bir çox şeydə artıq duz var.

6. Qazlı içkilər

Tərkibində çoxlu şəkər və turşu olan bu içkilər susuzluğa səbəb olaraq dərinizi qurudur. Mədədən dişlərə qədər bədənə çox zərər verən bu içkilərin yerinə su, ayran və sağlam içkilər qoyun. Əks təqdirdə, erkən yaşlarda dəriniz qırışa bilər.

 

 

# 23322
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar