Tamaşaçıları heyran qoyacaq orijinal “Havay salatı” hazırlamağa çalışın. Əvvəlcə ərzaqlar uyğun gəlmirmiş kimi görünə bilər, lakin nəticə çox dadlı və qeyri-adi alınır. Bu salatı doğranmış qoz ləpəsi ilə bəzəmək ən yaxşı təqdimat üsuludur.
Lent.az bu resepti təqdim edir:
Tərkibi
Toyuq filesi - 300 qram
Konservləşdirilmiş ananas - 200 qram
Bərk pendir - 100 qram
Bişmiş yumurta - 3 ədəd
Konserv qarğıdalı - 150 qram
Mayonez - zövqə görə
Duz, istiot - zövqə görə
Hazırlanması
Toyuq filesini duzlu suda bişirin, soyudun və kub formasında doğrayın. Yumurtaları və pendiri də eyni ölçüdə doğrayın. Ananas və qarğıdalının suyunu süzün.
Bütün ərzaqları dərin bir qabda birləşdirin. Üzərinə mayonez əlavə edin, duz və istiotla dadlandırın. Sonda doğranmış qoz səpin və qarışdırın.
Nuş olsun!