Lent.az-ın mətbəxi layihəsində növbəti resepti təqdim edirik.
Bu dəfə sizə sosial şəbəkədə “MyFoodChannel” adı ilə tanınan səhifəyə istinadən ideal xəmiri ilə asan hazırlanan və çox ləzzətli pizza reseptini təqdim edirik. Restoranlarda yediyinizdən heç də fərqlənməyən bu hazırlayacağımız pizzanın ölçüsü təxminən 30-35 sm olacaq.
Stəkan ölçüsü 200 ml.
Lazım olan ərzaqlar:
4 stəkan un
1,5 stəkan ilıq su
1 ədəd yumurta
1 çay qaşığı şəkər tozu
1 yemək qaşığı maya
1 çay qaşığı duz
3 yemək qaşığı duru yağ
Sous üçün
6 yemək qaşığı tomat pastası
1 çay qaşığı oreqano
1/2 çay qaşığı duz
Zövqə görə
Toz qırmızı bibər, qara istiot
1 diş rəndələnmiş sarımsaq
3 yemək qaşığı duru yağ
8 yemək qaşığı isti su
Hazırlanma qaydasını videoda izləyə bilərsiniz.
Nuş olsun!