Yazıçı niyə satıcı olmalıdır? - Bir kitablıq dərd
14 iyun 2023 14:00 (UTC +04:00)

Yazıçı niyə satıcı olmalıdır? - Bir kitablıq dərd

10 gün öncə Bakıda V Kitab Sərgisi təşkil olundu. Bir mədəni hadisə olaraq gözəldir. Amma diqqəti başqa tərəfə yönəlmək istəyirəm. Kitab sərgisində tanıdığım bir çox dəyərli yazarlar öz kitablarını satışa çıxardılar, həm də imza günü təşkil etdilər.

Maraqlandığım bir çox imza sahibləri kitablarını öz maliyyələri hesabına dərc etdirdiklərini dedilər. Bu əlbəttə yenilik deyil. Məlum məsələdir, yazıçı kitabının tanınmasını, alınmasını da istəyir. Bunun isə ölkəmizdə ən çox yayılmış yolu yazıçının öz kitabının təqdimat mərasimini keçirməsidir. Mərasim təşkil edilir, dost-tanışlar dəvət olunur və hər gələn qonaq bir kitab alır. Yazıçılar bir-birlərinə borclu qalmamaq üçün hərə öz dost-tanışı ilə kitab təqdimatına gedir. Yəni hər təqdimatda demək olar ki, eyni simaları görə bilirik.

İşin məhz bu tərəfi xoş görünmür. Toy dəvətnaməsi kimi dəvətlə mərasimə gedirsən və alırsan. Sərgi günlərində 11 tanıdığım yazıçıdan eyni şəkildə dəvət aldım. Açığını desəm, dəvət almaq, yada salınmaq xoş olsa da, gedib o kitabları ala bilməməyin utancını da yaşadım. Nə qədər kitab sevər olsam da. Ola bilsin ki, mən o kitabları sonra alacam, lakin o gün yazıçı dostumu meydanda tək qoymaq da özümə ayıb kimi gəldi.

Hər işdə Avropanı, qərb standartlarını meyar kimi götürürük. Bəs niyə onların yazıçıları milyonçu kimi yaşayır, bizimkilər satıcı kimi. Söz bəlkə də kobud görünə bilər, amma həqiqət belə görünür.

Sovet dönəmində yazıçılar kitab buraxanda bütün ölkə xəbərdar olurdu, qonorarı ilə bir il yaşaya bilirdi, yazıçı qayğısız şəkildə düşünüb, ideyalar yarada bilsin deyə, hər respublikada “Yazıçılar evi” var idi, yazıçılar tez-tez səfərlərə göndərilirdilər ki, ilhamları coşsun-çağlasın. Çünki çox gəzən çox bilər. İndi bu imkanların heç biri yoxdur.

“Niyə bəzi yazıçılarımız oliqarx kimi yaşayır, bəziləri yox?”

 Lent.az-ın bu sualını yazıçı Azər Qismət cavablandırır.

“Bizdə də milyonçu yazıçılar var. Onlar topluma, gündəlik maraqlara işləyə bilirlər. Məsələn, bəzi əsərlər var ki, o birdəfəlik stəkana bənzəyir, suyu içdin atdın. Həmin kitabı da oxudun, qoydun kənara. Toplum detektivləri, yüngül sevgi romanlarını sevir. Bəzi kateqoriyadan olan yazıçılar belə əsərləri yazmağa üstünlük vermirlər və bu yerdə uduzurlar. Ciddi əsərlər yazırlar. Ciddi əsərləri hər adam oxuya bilmir” deyə yazıçı bildirib.

 Azər Qismət yazıçıların öz kitablarını satmağa məcbur olmaları barədə də danışıb.

“Yazıçı öz kitabını paylaya bilər. Amma pomidor-xiyar satan kimi öz kitabını satmalı deyil. Dünya standartlarında belədir ki, nəşriyyat yazıçıya istiqamət verir. Deyir ki, mənə filan mövzuda əsər lazımdır. Öncədən avansını verir, əsər 1-2 il ərzində ərsəyə gəlir. Nəşriyyat kitabın satışını, reklamını təşkil edir. Gələn gəlirin 20 faizi yazarın, 80 faizi nəşriyyatın olur. Kitab ikinci dəfə nəşr olunursa, gəlirin 30 faizi yazıçıya çatır. Bu da yazıçıya stimul verir, gözəl əsər ortaya qoymağa həvəsləndirir”,- deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3444

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21