Məşhur Amerika yazıçısı Ernest Heminquey yemək bişirmək həvəsi ilə tanınırdı.
Lent. az-ın xarici mediaya istinadən xəbərinə görə, “Qoca və dəniz”, “Əlvida, silah” kimi əsərlərin müəllifi Ernest Heminquey intihar etməzdən əvvəl özünə şam yeməyi təşkil edib.
61 yaşına çatan Heminquey Aydahodakı evində intihar edib. Yazıçı intiharından bir müddət öncə depressiyadan müalicə alıb. İntihar etdiyi gündən öncəki gün o, həyat yoldaşı, jurnalist Meri Uels Heminqueylə “Christiania” restoranında yemək yeyib.
Ernest Heminqueyin son yeməyi biftek və bişmiş kartof, Sezar salatı və bir stəkan Nyu-York Bordosu olub.
O, yemək bişirmək həvəsi ilə tanınırdı: o, Kuba siqarlarını, Marenne-Oleron istiridyələrini və öz ətri ilə məşhur olan Normandiyanın nadir Pont-l'Evêque pendirini sevirdi.
Əsərlərinin birində Heminquey qidanın ona necə kömək etdiyini və gələcəyə ümid verdiyini yazmışdı.