Mart 14-də, saat 18:45-də Nizami Kino Mərkəzində rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm nazirliyindən Lent.az-a verilən məlumata görə, görkəmli heykəltəraş, əməkdar incəsənət xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilmiş sənədli filmdə onun zəngin yaradıcılığı və zəngin ömür yolu haqqında bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlanır.
Həmin gün Nizami Kino Mərkəzinin foyesində Rəsm Qalereyası tərəfindən Həyat Abdullayevanın işlərindən ibarət sərgi təşkil olunacaq.