Nazir: “Tarı heç kim o siyahıdan çıxara bilməz”
27 dekabr 2012 12:12 (UTC +04:00)

Nazir: “Tarı heç kim o siyahıdan çıxara bilməz”

“Tarı o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün deyil”.  Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın tar ifaçılıq sənətinin YUNESKO-nun maddi –mədəniyyət irsinə daxil edilməsinə İranın etirazına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, bu, sadəcə fərqli düşüncədə olan bəzi alimlərin mülahizələridir: “Fərqli fikirlər ola bilər. Eyni səpkidə düşünən insanlar da fərqli fikirlər irəli sürə bilər. Amma artıq beynəlxalq təşkilatlar tarı qəbul edib. Əgər hansısa ölkə tar ifa sənətinə  daha çox töhfə verdiyini deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da  YUNESKO-ya müraciət etsinlər”.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar