Dekabrın 25-də Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib. İttifaqın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İdarə Heyətinin qeyd olunan üzvləri yekdilliklə Azərbaycan Bəstəkarlar İttifaqının katibləri seçiliblər:
Sərdar Fərəcov - Bəstəkar, əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru;
Zemfira Qafarova - Musiqişünas, əməkdar incəsənət xadimi, Baki Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru;
Cəlal Abbasov – Bəstəkar, əməkdar incəsənət xadimi, Milli Konservatoriyanın dosenti;
Aliyə Məmmədova - Bəstəkar, Baki Musiqi Akademiyasının baş müəəllimi;
Lalə Hüseynova - Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru;
Qeyd edək ki, dekabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqına yeni sədr seçkiləri keçirilib. Seçkilərdə Firəngiz Əlizadə yenidən İttifaqın sədri vəzifəsinə təyin olunub.