
“YUĞ” mövsümü “Lənət”lə açacaq
Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.
Lent.az xəbər verir ki, yeni redaksiyada təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.
Səhnə əsəri bolqar rejissoru Xristo Stoyçevin quruluşunda təqdim olunacaq.
Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına böyük töhfələr verib: “Beynəlxalq Teatr Konfransı zamanı tanış olduğumuz və yaradıcılıq əlaqələri qurduğumuz sənətçilərdən biri – bolqar rejissor Xristo Stoyçevlə növbəti yaradıcılıq əməkdaşlığı ilə bağlı görüşümüz olub. Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkəran Dövlət Dram Teatrında hazırladığı “Mizantrop” tamaşası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İnanırıq ki, bu beynəlxalq layihənin həyata keçirilməsi həm “YUĞ” Teatrının yaradıcı inkişafı, həm də Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edəcək”.
Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27