Akademik Milli Dram Teatrı beynəlxalq əlaqələrini gücləndirmək, yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək üçün bir sıra yeni layihələr həyata keçirir. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu layihələrin davamı olaraq, gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dünya teatrları ilə səmərəli yaradıcılıq mübadiləsinin təşkili məqsədi ilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov, radio sexinin müdiri Həmid Kazımzadə və butaforçu-dekorçu Samirə Həsənova Moskva şəhərində yaradıcılıq mübadiləsində olub. “Azdrama”nı təmsil edən qrup Bolşoy Teatrda və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında texniki heyətin işinin təşkili, tamaşanın istehsalında yeni texnika və texnologiyalardan istifadə üsulları ilə tanış olub, eyni zamanda öz təcrübələri ilə bölüşüb. Bu gün həm Bolşoy Teatr, həm də Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının maddi-texniki təminatı, müasir texnologiyalarla təchiz olunması baxımından ciddi fərqlər yoxdur.

Oxşar yazılar

Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19