Xalq yazıçısı ölkədə fəaliyyət göstərən nəşriyyatlara müraciət edib.
Lent.az xəbər verir ki, Çingiz Abdulayev kitablarından əldə olunan qonorarın 10%-ini "Yaşat" Fonduna köçürülməsini və kitablarında Fondun işarəsi əks olunmasını xahiş edib.
"Mənim öz çıxışlarıma görə qonorar almadığımı hamı bilir. Avqust ayının 1-dən etibarən məktəblilər və tələbələrlə görüşlər istisna olmaqla, bütün çıxışlarımın qonorarları " Yaşat" Fonduna köçürülsün. Həmçinin ölkəmizdəki bütün reklam müqavilələri bütünlüklə "Yaşat" Fonduna köçürülsün. Hamınıza təşəkkür edirəm".