VI Beynəlxalq Muğam Festivalı başlayır - FOTO
18 iyun 2023 09:30 (UTC +04:00)

VI Beynəlxalq Muğam Festivalı başlayır - FOTO

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə iyunun 18-25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı keçiriləcək.

Lent.az xəbər verir ki, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.

İyunun 18-də Heydər Əliyev Sarayında Alim Qasımov və xüsusi qonaqların, Azərbaycan Milli Konservatoriyasında isə Ənvər Sadıqov və Emil Əfrasiyabın iştirakı ilə açılış mərasimi baş tutacaq.

Festival iyunun 19-da İrandan Mahan Mirarabın gitarada, həmyerlimiz Elçin Şirinovun pianoda ifası və Beynəlxalq muğam müsabiqəsi ilə Azərbaycan Milli Konservatoriyasında davam edəcək.

Həmin gün Beynəlxalq Muğam Mərkəzində Əfqanıstanı təmsil edən Daud Khan Sadozainin konserti, Daş Salnaməsi Muzeyində isə Xalq artisti Mənsum İbrahimovun, Əməkdar artistlər – Təyyar Bayramovun, Babək Niftəliyevin, Sevinc Sarıyevanın, xanəndələr Hüseyn Məlikovun, Aytən Məhərrəmovanın və Mirələm Mirələmovun iştirakı ilə muğam axşamı keçiriləcək.

Üçüncü gün Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq muğam müsabiqəsi və Azərbaycan Tarix Muzeyində Beynəlxalq Simpozium keçiriləcək. Bununla yanaşı, Azərbaycan Milli Konservatoriyasında azərbaycanlı pianoçu Etibar Əsədlinin, Milli Kamera və Orqan musiqisi zalında isə xanəndə Səkinə İsmayılovanın, Hindistandan vokalçı Vasumathi Badrinathanın, violin ifaçısı Jyotsna Srikanthın musiqiləri səslənəcək.

İyunun 21-dən 24-dək Azərbaycan Milli Konservatoriyasında, Milli Azərbaycan Tarix Muzeyində, Daş Salnaməsi Muzeyində, Beynəlxalq Muğam Mərkəzində, Kamera və Orqan musiqisi zalında, Heydər Əliyev Mərkəzində, eləcə də Şuşa və Ağcabədidə Azərbaycan, Özbəkistan, Tacikistan, İordaniya, Misir, Yunanıstan və Hindistan təmsilçilərinin ifaları nəzərdə tutulur.

Festival çərçivəsində 24 saat ərzində eyni məkanda bir-birini əvəz edən 24 qrupun ifasında muğam marafonu və açıq havada “Muğam saatı” təşkil olunacaq.

İyunun 25-də “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək yekun konserti çərçivəsində festival qaliblərinin mükafatlandırılması da nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2835

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21