1960-cı ildə əsası qoyulan və bütün dünyada məşhurlaşan “The Beatles” qrupunun üzvlərindən biri Pol Makkarti bildirib ki, süni intellekt onlar üçün musiqi bəstələyib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onlar qrupun mərhum üzvü Con Lennonun səsini yeni mahnının üzərinə yazmaq, canlandırmaq üçün süni intellektdən istifadə ediblər.
Süni intellekt köhnə səsyazmasından Lennonun səsini çıxarıb və yeni mahnının üzərinə yazıb.
Müğənni hansı mahnıdan söhbət getdiyini sirr olaraq saxlayıb. O yeni mahnının ilin sonunda təqdim olunacağını bildirib.