“Şrek” necə çəkildi? - Cəza verilərkən mükafat aldılar
14 iyun 2023 15:15 (UTC +04:00)

“Şrek” necə çəkildi? - Cəza verilərkən mükafat aldılar

“Şrek” adlı animasiya filmini yəqin görməyən yoxdur. Filmin birinci hissəsi o qədər uğurlu alındı ki, onun davamının çəkilməsinə də qərar verildi və artıq kinoprokatda 4 “Şrek” silsiləsi var. Bu yaxınlarda istehsalçılar daha bir bölümün çəkiləcəyini elan ediblər. Lakin az adam bilir ki, “Şrek” layihəsi əslində filmin rejissor və rəssamlarına, daha doğrusu “DreamWorks Animation” qrupunun  animatorlarına cəza olaraq verilmişdi.

Lent.az bu barədə məlumat verir.

Bundan öncə çəkilən “Misir şahzadəsi” animasiya filmində yol verdikləri xətalara görə yaradıcı heyəti gözdən salmaq üçün “Şrek” layihəsi onlara verildi. Bu layihənin çəkilişləri daha öncə başlayıb, lakin yarımçıq qalıb. 

Bir sıra istehsal problemləri olan bu yarımçıq film arxivə atılmışdı, heç kim ona sahib çıxmaq istəmirdi. 

Lakin nüfuzlarını yüksəltmək istəyən yaradıcı heyət işin öhdəsindən uğurla gəlib. Çirkin divi dünyaya sevdirə biliblər. Dublyaja çox məşhur Hollivud ulduzlarını dəvət ediblər.

Bu ekran işi ən yaxşı tammetrajlı animasiya filmi kimi “Oskar” qazanıb və bütün dünyadakı nümayiş etdirilib. Film bir ildə 490 milyon dollar gəlir gətirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2638

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21