Qorxu janrı reytinqlərdə birincidir - Zirvədə hansı film var?
03 noyabr 2025 17:09 (UTC +04:00)

Qorxu janrı reytinqlərdə birincidir - Zirvədə hansı film var?

0

Dəhşət janrı yenidən populyarlığın zirvəsindədir. Bəs insanlar niyə kinoda qorxu axtarır və bu necə milyardlıq biznesə çevrilib?

Əgər sizə desəydilər ki, qapının arxasında insanı huşsuzluğa və ya ürək tutmasına səbəb ola biləcək dərəcədə qorxunc bir şey var, o qapını açardınızmı? Əksər insanlar “yox” deyərdi. Amma məhz bu qadağan olunmuş maraq bu gün qorxu filmlərinin rekordlar qırmasının əsas səbəbidir.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, qorxu janrı həqiqi renessans yaşayır. Təkcə bu il ABŞ-da bu tip filmlər 1 milyard dollardan çox gəlir əldə edib və kassaların 17 faizini təşkil edib. Halbuki on il əvvəl bu rəqəm cəmi 4 faiz idi.

Artıq qorxu filmləri təkcə qorxutmur, həm də nüfuzlu mükafatlar qazanır. Məsələn, “The Substance” (2024) filmi Oskara namizəd olub, aktyorlar Maykl B. Cordan və Emi Mediqan isə “Sin Eaters” və “The Weapon” filmlərindəki rolları ilə tanınıblar.

1950-ci illərdə insanlar atom silahından qorxurdu - nəticədə “Godzilla” və “The Blob” ekranlara gəlib.

1970-ci illərdə - “Texas Chainsaw Massacre” və “Psycho” psixoloji dəhşəti ön plana çıxarıb.

1990-cı illərdə isə “Scream” janrına özünəironiya gətirdi və qorxu janrını yenidən populyar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar