“Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başladı
19 iyun 2023 10:54 (UTC +04:00)

“Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başladı

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı başlayıb.

Lent.az xəbər verir ki, iyunun 19-da festival çərçivəsində Azərbaycan Milli Konservatoriyasında saat 10:00-16:00-da Beynəlxalq muğam müsabiqəsi keçiriləcək. 

Beynəlxalq Muğam Mərkəzində saat 20:00-da Əfqanıstan nümayəndəsi Daud Khan Sadozai rübab və hind sarodunda, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Təyyar Bayramov, Babək Niftəliyev, Sevinc Sarıyeva, xanəndələr Hüseyn Məlikov, Aytən Məhərrəmova və Mirələm Mirələmov isə Daş Salnaməsi Muzeyində çıxış edəcəklər. 

Azərbaycan Milli Konservatoriyasında saat 22:00-da İran təmsilçisi Mahan Mirarab gitarada, həmyerlimiz Elçin Şirinov isə pianoda ifa edəcək. 

Qeyd edək ki, festival çərçivəsində Bakı, Ağcabədi və Şuşada yerli və xarici musiqiçilərin iştirakı ilə müxtəlif konsertlərin, beynəlxalq simpoziumun, muğam və poeziya ifalarının təşkili nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2849

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21