Türkiyənin rok musiqi sənətinin ən parlaq ulduzlarından olan Cem Karaca barəsində serial çəkilir.
Lent.az-ın xəbərinə görə, FoxTV-də yayımlanacaq ekran işinin çəkilişlərinə avqust ayında başlanılacaq. Filmin adı və aktyor heyəti barədə məlumat verilməsə də, Cem Karaca rolunu məşhur aktyor İsmayıl Hacıoğlunun oynayacağı müəyyənləşib. Rol əvvəlcə başqa bir istedadlı aktyor Erdal Beşikçioğluna həvalə edilmişdi.
İsmayıl Hacıoğlu müxtəlif səpkili xarakterik rolların öhdəsindən ustalıqla gəlir.
Aktyor son dəfə “Tacsız prenses” serialında çəkilib. Azərbaycanlı izləyicilər onu “Ayla” bədii filmindən daha yaxşı tanıyırlar.