Faiq Sücəddinovun ən bahalı ad günü hədiyyəsi nə olub? - Lent.az-a danışdı
14 iyun 2023 13:22 (UTC +04:00)

Faiq Sücəddinovun ən bahalı ad günü hədiyyəsi nə olub? - Lent.az-a danışdı

Bu gün Xalq artisti , “Şöhrət” ordenli  bəstəkar, Prezident təqaüdçüsü  Faiq Sücəddinovun ad günüdür. Sənətkarın 76 yaşı tamam olur.

Lent.az-ın əməkdaşı ad günüdə onunla söhbət elədi. Bəstəkarın ad günü düşüncələri ilə siz də tanış olun.

- Faiq müəllim, ən maraqlı ad gününüz nə zaman olub?

- Hər il, hamısı yadda qalan olub. 14 rəqəmi mənim üçün uğurlu rəqəmdir. Ayın 14-də anadan olmuşam, pasport almışam, ailə qurmuşam.

- Başınız işə qarışdığı üçün ad gününüzü unutduğunuz olub?

- Yox heç vaxt. Ailəm, dostlarım həmişə zəng vurublar, qeyd ediblər. Bu gün də çoxlu zənglər alıram. Ən birinci siz yad etdiniz. Sizin zənginiz mənim üçün ən qiymətli hədiyyədir. Mədəniyyət nazirimiz də sağ olsun, yada salıb. Zəng elədi, təbriklərini çatdırdı.

- Təmtəraqlı qeyd etməyi sevirsiniz?

- Yox.

- Bu günə qədər aldığınız ən bahalı ad günü hədiyyəsi nədir?

- Xatırlanmaq, sevildiyini bilmək, insanların xoş münasibəti özü hədiyyədir. İnanın ki, məni maddi şeylər düşündürmür. Elə sizlər yad edirsiniz, sevindirirsiniz, bu gözəldir.

- Ad gününüzə əliboş gələnlər də sizi sevindirir?

- Əliboş daha yaxşıdır.

- Bu yaş sizə nə deyir? Yaradıcı insanların ürəyi sevgiylə vurur. Hələ də sevgi varmı?

- Yaşamaq üçün sevmək lazımdır. Ürək deyir ki, həyat gözəldir, sevmək lazımdır. Nə qədər ki, sevirsən doğru yaşayırsan.

- Həyatınızda sevgi var?

- Var əlbəttə. Ailəmi,  xanımımı, nəvələrimi ən əsası həyatı sevirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2825

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21