Jan-Pol Belmondo
07 sentyabr 2021 19:54 (UTC +04:00)

Jan-Pol Belmondo

Əfsanəvi Jan-Pol Belmondo - FOTO

Sentyabrın 6-da Parisdə Fransanın ən tanınmış aktyorlarından biri Jan-Pol Belmondo 89 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadla dünyanın onu necə xatırlayacağını təqdim edir.

 "Son nəfəsdə" filmindən kadr (1960)

İlk dəfə əfsanəvi Jan-Pol Belmondo 1957-ci ildə ekranlara çıxıb və üç il sonra dünya şöhrəti qazanıb.

Aktyora şöhrət, "yeni dalğa"nın rejissoru Jan-Lyuk Qodaranın çəkdiyi "Son nəfəsdə" filmindəki rolu gətirib.

Belmondonun ilk həyat yoldaşı rəqqasə Elodi Konstanten olub.

Jan-Pol Belmondo və Elodi Konstanten (1965)

Gənc aktyor rəqqasəyə dəlicəsinə aşiq olub, nəticədə cütlük 13 il birlikdə yaşayıblar, üç uşaq böyüüblər – oğlanları Polya, qızları Patrisiya (40 yaşında yanğında həlak olub) və Florans.

Aktyor tanınandan və şöhrət qazanandan sonra evlilik pozulub - gənc qadın çəkiliş meydançalarındakı romanlara və pərəstişkarları ilə günahsız intriqalara dözə bilməyib.

Jan-Pol ailəni tərk etsə də, keçmiş həyat yoldaşı ilə isti münasibətdə qalıb və uşaqların tərbiyəsində iştirak etməyə davam edib.

Belmondo 1965-ci ildə Jül Vernin romanı əsasənda “Çinlilərin Çindəki uğursuzluqları” filminə çəkilmək üçün Honkonqa gedib.

 “Çinlilərin Çindəki uğursuzluqları” filmindən kadr (1965(

Orada Bondun ilk sevgilisi isveçli aktrisa Ursula Andress ilə tanış olub. Məhz onun sayəsində Hollivudda məşhurlaşıb.

Jan-Pol gözəlin arxasınca Amerikaya köçüb və burada ən çox səs-küylü məclislərdə məşhur gözəllərin yanında vaxt keçirib.
 
Cütlüyün sevgi romanı 7 il davam edib. Ayrılıq ilk görüşdəki kimi sürətli və ehtiraslı olub. Şayiələrə görə, Ursula aktyoru geri qaytarmaq üçün hətta intihara cəhd edib.
 
Cəsarətli, xarizmatik, seksual və inanılmaz istedadlı idi - ictimaiyyət aktyoru belə görüb ona ibadət edirdi.

"Missisipi sirenası" filminin çəkilişində Katrin Denevlə 

Belmondo, dövrün ən çox tələb olunan aktrisaları – Sofi Loren, Miey Ferrou, Anna Karina və Katrin Denyev ilə birlikdə sevilən filmlərdə rol alıb.

Aktyorun ən məşhur əsərləri arasında "Varis" (1973) və kriminal triller "Peşəkar"dakı rolları var.

Belmondo qadınların başlarını itirən pis adamın imicini yaratmağı və qoruyub saxlamağı bacarırdı.

Aktyorun çoxsaylı romanları yeni bir sevgi ilə sona çatıb.

İkinci dəfə maneken və balerina Natti Tardivel ilə nikaha girir. Cütlük 2002-ci ildə evlənir, 6 il sonra isə boşanırlar. Belmondo həyat yoldaşından 28 il böyük olur. 70 yaşlı Belmondo ilə evlilikdən həmin xanım Stella adında qız dünyaya gətirib.

Jan-Pol Belmondo ailəsi ilə
 
2001-ci ildə insult keçirən Belmondo teatr səhnəsini tərk edir, 4 il sonra isə kinoda aktyorluq karyerasını başa vurur. Onun çəkildiyi sonuncu film “İnsan və onun iti” olub. 

Məlumata görə, aktyor həyatının  son 2 ilində 1980-ci illərdə 7 il boyunca görüşdüyü keçmiş sevgilisi Karlos Sotto Mayor münasibətini bərpa edir. 

"İnsan və onun iti" filmindən kadr

Aktyorun 3 ğvladı və 6 nəvəsi var. Jan-Pol yaxınlarının əhatəsində vaxt keçirməyə üstünlük verirdi və kiçik qızını çox sevirdi.  

 

# 2484
avatar

Oxşar yazılar