Dostluq haqqında 20 aforizm
14 sentyabr 2024 16:44 (UTC +04:00)

Dostluq haqqında 20 aforizm

Lent.az dostluq haqqında müdriklərin aforizmlərini təqdim edir. Sizcə onların içərisində 20 ən yaxşısı hansıdır?

İnsan öz dostunun dinindədir. Belə isə hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun. – Həzrəti Muhəmməd (sallallahu aleyhi və alihi vasallam)

Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar. – Həzrəti Əli əleyhissalam (birinci imam)

Dostluq iki ruhun evlənməsidir; bu izdivacda boşanma, yaxud ayrılığı dilə gətirmək belə günahdır. – Mari Fransua Arue Volter (fransız filosofu və yazıçısı)

Dostluq, mehribanlıq göstərsən, ey yar,Galib qulun olar azad adamlar.
– Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Dostunun sağ ayağı axsayırsa, sən sol ayağınla axsa ki, dostluğunuz daim müvazinətdə olsun. – Jül Renar (fransız yazıçısı)

Dostların xətası yadların doğrusundan yaxşıdır. – Cəlaləddin Rumi (türk şairi və mütəfəkkiri)

Dost rahatlıq verən bir məlhəmdir. – Nizami Gəncəvi (Azərbaycan şairi və mütəfəkkiri)

Həqiqi dostluq mənəvi fədakarlıqdır. – Teymur Əhmədov (Azərbaycan filoloqu)

Dostluğun qolları bir-birimizi dünyanın bir ucundan o biri ucuna kimi qucaqlaya biləcək qədər uzundur. – Mişel de Monten (fransız filosofu və yazıçısı)

Yaxşı dost gözəl ətir satan kimidir: sənə ətir vurmasa da, yanında olduğun muddətdə gözəl ətrindən faydalanarsan.

Düşmən qazanmaq istəyirsənsə, özünü dostlardan yüksək tut, dost qazanmaq istəyirsənsə, onları özündən yüksək tut. – Aristotel (qədim yunan filosofu)

Dostların dar gündə tanındığını deyirlər, zənnimcə, onlar insanın xoş anlarında da tanınırlar. – Çingiz Aytmatov (qazax yazıçısı)

Bədənin səfası dərman, ruhun səfası dostdur. – Avreli Avqustin (Qədim Roma filosofu)

Dost bildiyin bir çoxları, əslində, heç dost deyil və əksinə, dost bilmədiyin bir sıra adamlar, əslində, sənin dostundur. – Demokrit (qədim yunan filosofu)

Müsibətlərin yaxşı tərəfi varsa, o da bizə həqiqi dostlarımızın kim olduğunu göstərməsidir. – Onore de Balzak (fransız yazıçısı)

Dost elə bir insandır ki, sizin haqqınızda hər şeyi bilir, bununla belə, sizi sevir. – Mark Avreli (Qədim Roma imperatoru va filosofu)

Zaman dostluğun məhək daşıdır. – Teymur Əhmədov (Azərbaycan filoloqu)

Özünə vurğunluq dostluq üçün zəhərdir. – Onore de Balzak (fransız yazıçısı)

Dostluq insan sevincini ikiqat artırır, dərdini yarıbayarı azaldır. – Frensis Bekon (ingilis alimi və humanisti)

Ana öz uşağının üstündə necə əsirsə, biz də öz dostlarımız üçün o cür əsməliyik. – Siddhartha Qautama Budda (buddizmin banisi)

Əsl dost sağlamlıq kimidir: dəyəri itirildikdən sonra bilinər. – Migel de Servantes (ispan yazıçısı)

Bir göyərçin qarğalarla yaxınlıq edərsə, tükləri deyil, ürəyi qaralar. – Alman atalar sözü

Həqiqi dostu olmayanın yaşaması da mənasızdır. – Demokrit (qədim yunan filosofu)

Evin qiyməti ora gələn dostlardan bilinər. -Ralf Emerson (Amerika şairi və filosofu)

Cahil va nadan dostdan ağıllı düşmən yaxşıdır. – Əmir Teymur (Orta Asiya dövlət xadimi, sərkərdə, əmir)

Çətin məsələlər dostlar arasında bölüşdürülsə, həlli asan olar. – Vilson Follet (Amerika yazıçısı)

Biz bir ruhuq iki bədəndə. – Məhəmməd Füzuli (şairi və mütəfəkkiri)

Qardaş dost olmaya bilər, amma dost həmişə qardaş olmalıdır. – Bencamin Franklin (Amerika ictimai-siyasi xadimi)

Yalnız dostun əli ürəkdən neştərləri çıxara bilər. – Klod Adrian Helvetsi (fransız filosofu)

Pis adamla dostluq kölgəyə, yaxşı adamla dostluq günəşə oxşayır. – Corc Herbert (ingilis şairi)

Əsl dost sənin səhvlərinə göz yumar, sirlərini qoruyar və lazım gəlsə, sənə nəsihət verər. – İbn Sina (Şərq filosofu va həkimi)

Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. – Karl İmmerman (alman şairi)

Dostluq – üzvlərini özümüz seçdiyimiz bir ailədir. – İmmanuil Kant (alman filosofu)

Dostunla necə rəftar etsən, elə də rəftar görəcəksən. – Tomas Karleyl (ingilis tarixçisi)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3234
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar