Dostluq haqqında 10 gözəl söz 
02 sentyabr 2024 22:02 (UTC +04:00)

Dostluq haqqında 10 gözəl söz 

Lent.az dostluq haqqında deyilmiş 10 gözəl sözü təqdim edir. Dostluq 10 fikirlə əhatə olunmaz, geridə qalan 40 deyim də hədiyyəmiz olsun.

1. Üç sədaqətli dost var: qoca arvad, qoca it və nağd pul.Bencamin Franklin

2. Dost sənin xoşlamadığın adamları xoşlamayandır.Atalar sözü
 
3. Məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm. Məndən arxada gəlmə, mən səndən qabaqda gedə bilmərəm. Mənimlə yanaşı addımla və mənim dostum ol!Albert Ceyms

4. Dost hamı çıxıb gedəndə gələn adamdır.Naməlum mənbə
 
5. Dost seçərkən sizdən daha yaxşı olanı seçin. Dünyada çox tanışınız ola bilər, amma həqiqi dostlar çox azdır.Çin atalar sözü
 
6. Mən dostlarımı tapmadım. Mərhəmətli Allah verdi mənə onları.Ralf Valdo Emerson
 
7.
“ Dost nədir?” sualının cavabı belədir: “ İki bədəndə yaşayan bir ruh”.Aristotel
 
8. Dost o adamdır ki, mən onunla tam səmimiyəm., onun yanında hündürdən danışa bilərəm.Ralf Valdo Emerson
 
9. Dostum üçün edəcəyim ən yaxşı əməl, sadəcə, onun dostu olmaqdır.Henri David Toreau
 
10. Həqiqi dostlarla birgə içilən su da şirin dadır.Çin atalar sözü
 
11.
Bir-birinin zəif cəhətini bağışlaya bilməyən iki şəxs heç vaxt dost ola bilməz.Jan de la Bruyere

12. Əgər iki dost sizdən xahiş etsə ki, onların münaqişəsini həll edəsiniz, razılaşmayın, bu halda siz bir dost qazanmaq şansını əldən verəcəksiniz. Amma iki yad adam eyni xahişi sizdən etsə, razılaşın, bu halda yeni dost qazanacaqsınız.Müqəddəs Oqastin
 
13.
Dostluğun dili sözlər yox, mənalardır.Henri David Toreau
 
14. Oğlanla qız heç vaxt dost ola bilməz. Əgər dost olmağa razılaşsanız, sevgili olacaqsınız. Ayrılanda isə heç vaxt dost ola bilməzsiniz.Lord Bayron
 
15.
Necə ki, həqiqi sevgi nadir hallarda olur, eləcə də həqiqi dost da nadir halda olur.Jan de la Fontaine
 
16. Bəziləri keşişlərə üz tutur, bəziləri poeziyaya. Mənsə dostlarıma üz tuturam.Virciniya Vulf
 
17. Ən pis təklik heç bir həqiqi dostlun olmamasıdır.Fransis Bekon
 
18.
Mənim ən yaxşı dostum məndəki ən yaxşı cəhətləri görəndir.Henri Ford
 
19. Saxta dostlar bizim kölgəmizə bənzəyir. Biz gün işığında olanda bizə daha yaxın olur, ancaq biz bir az qaranlıq yerdə olan kimi, bizi tərk edir.Kristian Nevell Bovi
 
20.
Kilometrlər bizi dostlardan ayıra bilərmi? Əgər biz sevdiyimiz bir kəslə bir yerdə olmaq istəyiriksə, biz artıq onun yanında deyilikmi?Riçard Bax
 
21.
Dostlar mənə nəyi etmək bacarığım olduğunu göstərir, düşmənlər isə mənə nəyi etməli olduğumu öyrədir.Fridrix Şiller
 
22. Həqiqi dost bizi bacardığımız işi etməyə yönəldir.Ralf Valdo Emerson
 
23. Dost özünə verəcəyin ən gözəl hədiyyədir.Robert Lui Stivenson
 
24.
Dost sənin ikinci özünsən.Mark Sisero
 
25. Şübhə dostluğun xərçəngidir.Fransesko Petrarç
 
26. Kitabdan sədaqətli dost yoxdur.Ernest Heminquey
 
27. İstəyirəm mən dostum üçün nə qədər darıxıramsa, o da mənimçün o qədər darıxsın.Müqəddəs Oqastin
 
28. Dostluq pul kimidir, onu qazanmaq saxlamaqdan daha asandır.Samuel Butler
 
29.
Qoy Allah məni dostlarımdan qorusun, düşmənlərlə özüm də bacararam.Volter
 
30. Heç bir düşmən qazanmayan adam dost da qazana bilməz.Lord Alfred Tennison
 
31.
Dostlar və tanışlar taleyin ən etibarlı pasportlarıdır.Artur Şopenhauer
 
32. Düşmənimin düşməni mənim dostumdur. Ərəb atalar sözü

33. yaxşı dost gizli xəzinə kimidir. Mütləq üzə çıxır.

34. Dost dosta tən gərək, tən olmasa gen gərək.

35. Dostunu mənə göstər, sənin kim olduğunu deyim.

36. Dost dar gündə tanınar.

37. Ailəmiz taleyin verdiyidir, dostlar isə bizim seçimimizdir. Ona görə, dost daha şirin olur.

38. Ağıllı düşmən nadan dostdan yaxşıdır.

39. Baş-başa verməyincə daş yerindən qalxmaz.

40. Qarı düşmən dost olmaz.

41. Dostsuz insan qanadsız quş kimidir.

42. Dost yolunda boran olar, qar olar.

43. Dost yolunda can qurban.

44. Dostluqla tutub, düşmənliklə yıxma.

45. Dost min isə azdır, düşmən bir isə çoxdur.

46. Dostun versə qum, Al ovcunda yum!

47. Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.

48. Hər şeyin təzəsi, dostun köhnəsi.

49. Özünü bir tərifləyəndə, dostunu iki təriflə.

50. Bir adamla dost olmaq istəyirsənsə, onun dostuna bax.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar