Bu gün  “Eurovision”ın   ikinci yarımfinalıdır:  Azərbaycan təmsilçisi   də çıxış edəcək
12 may 2022 10:16 (UTC +04:00)

Bu gün “Eurovision”ın ikinci yarımfinalıdır: Azərbaycan təmsilçisi də çıxış edəcək

Bu gün İtaliyanın Turin şəhərində “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq. 

Lent.az xəbər verir ki,  yarımfinal Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və 18 ölkənin nümayəndəsi səhnəyə çıxacaq. 

Qeyd edək ki, Azərbaycanı yarışmada təmsil edəcək Nadir Rüstəmli də bugünki yarımfinalda çıxış edəcək. O, “Fade to black” adlı mahnısını ifa edəcək. 

Xatırladaq ki, birinci yarımfinal mayın 10-da keçirilib və 17 ölkə iştirak edib.  Çıxışlardan sonra səsvermə keçirilib və ən çox səs toplayan 10 ölkə finala yüksəlib. Həmin ölkələr Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistandır.

İkinci yarımfinalda aşağıdakı ölkələr və iştirakçılar öz mahnılarını təqdim edəcəklər: 

1. Finlandiya: The Rasmus - Jezebel;

2. İsrail: Michael Ben David - I.M;

3. Serbiya: Konstrakta - In Corpore Sano;

4. Azərbaycan: Nadir Rüstəmli - Fade To Black;

5. Gürcüstan: Circus Mircus - Lock Me In;

6. Malta: Эмма Мускат - I Am What I Am;

7. San-Marino: Achille Lauro - Stripper;

8. Avstraliya: Sheldon Riley - Not The Same;

9. Kipr: Andromache - Ela;

10. İrlandiya: Brooke - That's Rich;

11. Şimali Makedoniya: Andrea - Сircles;

12. Estoniya: Stefan - Hope;

13. Rumıniya: WRS - Llámame;

14. Polşa: Ochman - River;

15. Monteneqro: Vladana - Breathe;

16. Belçika: Jérémie Makiese - Miss You;

17. İsveç: Cornelia Jakobs - Hold Me Closer;

18. Çexiya: We Are Domi - Lights Off.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814
avatar

Sevinc Fərid

Oxşar yazılar