Birinci ledi haqqında  serial çəkilir
17 aprel 2024 16:44 (UTC +04:00)

Birinci ledi haqqında serial çəkilir

Fransanın birinci xanımı Bricit Makronun həyatı yeni serialın mövzusu olacaq. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Bridget, a free woman” adlı altı hissədən ibarət serial Emmanuel Makronun həyat yoldaşının həyatından bəhs edəcək.

Serial cütlüyün ilk görüşü ilə başlayacaq. Bricit Makron hazırkı əri ilə ilk dəfə orta məktəbdə müəllim işləyərkən tanış olub.

Cütlük 2007-ci ildə, Makronun 29, Bricitin 54 yaşı olanda evlənib.

O, bir müddət müəllimlik fəaliyyətini davam etdirib, lakin 2015-ci ildə əri siyasətə gələndə işdən ayrılıb. 

Yeni serialın ssenarisini fransız yazıçıları Benedikt Şarl və Olivye Puponneau yazacaq.

Serialın aktyor heyəti hələ açıqlanmayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3807
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar