Azərbaycan filmi OSKAR-a  namizəd seçildi
11 dekabr 2021 15:40 (UTC +04:00)

Azərbaycan filmi OSKAR-a namizəd seçildi

"Daxildəki ada" filmi Oskar mükafatına namizəd seçilib.

Lent.az xəbər verir ki, bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyi "facebook" hesabında paylaşım edib.

"Azərbaycan üçün əla xəbər! Azərbaycanlı kinorejissor Rüfət Həsənovun "Daxildəki ada" tammetrajlı filmi Oskar mükafatına namizəd seçilib. Bu film Amerika kinematoqrafiya akademiyasının Xarici Dildə Ən Yaxşı Film nominasiyasında qısa siyahıya düşüb.

 “Daxildəki ada” filmi əslən Azərbaycandan olan beynəlxalq şahmat qrossmeysteri Seymur Tahirbəyovun hazırkı dünya çempionuna qarşı mübarizə aparmaq şansı əldə etməsindən bəhs edir. Filmə uğurlar arzulayırıq!”, paylaşımda bildirilib.

Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüsseri Nadir Əliyevdir.

Baş rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl ifa edirlər.

Daxildəki ada” bədii filmi dünyanın ən nüfuzlu kino festivallarından hesab edilən və 100 000-dən artıq auditoriyası olan Sarayevo Film Festivalında ölkəmizi uğurla təmsil edərək “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

Filmin rejissoru Rüfət Həsənov 2020-ci ildə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Oskar mükafatlandırma mərasimi gələn il martın 27-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3753

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37