Anası paxıllığını çəkdi, qonşular adına damğa vurdular- Mavi gözlü “erkək Fatma”
27 sentyabr 2022 19:41 (UTC +04:00)

Anası paxıllığını çəkdi, qonşular adına damğa vurdular- Mavi gözlü “erkək Fatma”

Bu gözəllikdə qadna niyə “erkək Fatma” deyəydilər ki? Amma ona deyirdilər. Məğrur baxışlarına, düzlüyünə, qorxusuzluğuna görə. Ötən əsrin 60-cı illərində gözəlliyi və canlandırdığı gözəl obrazlarla Türkiyə filmlərinə damğa vuran Fatma Girik barədə danışacağıq.

Lent.az-ın “Bir ulduz axdı” layihəsi davam edir.

1942-ci ildə İstanbulda dalğıc ailəsində anadan olmuşdu. Dolanışıqları yaxşı deyildi. Ailədə 3 uşaq idilər. 12 yaşına çatınanda anası Münəvvər Girik qızını inandırmışdı ki, ”sən artist olub, hamımızın həyatını qurtarmalısan”. O, kasıblığa görə məktəbi buraxmalı olur, elə bu addım taleyində mühüm rol oynayır.

Fatma atası Hayrı bəyin qarşısına keçib, “Baba mən artist olacam” deyir. Atası öz əsəbi xasiyyətinə uyğun cavab verir. “Nə zibil olursan ol, işini doğru-dürüst  yerinə yetir”. Fatma anası ilə birlikdə film setlərini gəzməyə başlayır.

Münəvvər xanım o zamanlar 35 yaşında gözəl bir qadın idi (Fatma eynilə anasına bənzəyirdi) və ümid edirdi ki, qızı ilə bərabər onu da rola çəkərlər. Qonşular söz-sözhbət edir, ana və qızi ikisi də “şıllıq” (fahişə) olmaq üçün əlləşirlər” deyirdilər. 12 yaşında Fatma ilk dəfə rola çəkiləndə, ilk həsədi, qısqanclığı da elə anasından görür. Amma ana böyük pullar müqabilində susur. 16 yaşlı gənc ulduz Fatmaya öz kinorejissoru Məmduh Ün elçi gələnə kimi. Anası qısqanclıq edib, qızının aktyorluğu buraxmasını tələb edir. Məmduh bəy Fatmaya görə arvadı, aktrisa Muhterem Nurdan ayrılmağa söz verir, ailə rəsmən boşanmasa da, rejissor, ömrünü ona həsr edir.

Tərəflər aralarındakı böyük yaş fərqinə baxmayaraq, atəşli sevgiylə bir-birlərinə bağlanırlar, 50 il ömür yolunu birlikdə addımlayırlar. 50 il birlikdə yaşasalar da, sadəcə sevgili kimi qalırlar, evlənmirlər. Məmduh bəy Fatmanı tez- tez təhdid edirmiş: “Məni atıb getsən, özümü öldürərəm”. Fatma Girik ömür yoldaşı öldükdən sonra hər zaman onu sevgiylə anır, ömür boyu ondan özünə qarşı zərrə qədər kobudluq görmədiyini deyirdi.

Fatma o qədər gözəl idi ki, sevgilisi olduğunu bilənlər belə ona elçi düşürdülər, o müxtəlif məşhurlardan, milyonçulardan evlilik təklifləri almışdı. Amma ömrünü Məmduha həsr edir. Övladları olmur. Ahu adlı bir qıza qoruyucu analıq edir, övlad həsrətini onunla soyudur.

Məşhur aktrisa 1968-ci ildə bir müddət müğənnilik də edib.

İlk rolu namusu ləkələnmiş qız obrazıydı və buna bənzər rollar Fatmanın boynuna biçilmişdi. Sonralar müsahibələrində dediyi kimi, heç bir məşhur onun irəli getməsində maraqlı olmayıb, hətta qarşısını almağa çalışıblar. Fatma Girik bir müddət (1988-ci ildə) İstranbulun Şişli rayonunda bələdiyyə sədri kimi də fəaliyyət göstərib. Hər kəs ona inanır, “Fato dedisə olur” deyirdilər.

Fatma Girik uzun və gözəl ömür yaşayıb. Ömrünün sonuna qədər ən gözəl təbii qadın statusunu saxlayıb, heç bir zaman plastik əməliyyat etdirməyib.

Ən yaxın dostu Cüneyt Arkın idi. Birlikdə çoxlu filmlərdə oynamışdılar. Hətta Fatma vəfat edəndə qoca dostu Cüneyt, “Fatmacan, tezliklə mən də arxanca gələcəm”, - demişdi. O 80 yaşında beynində yaranmış xəstəlik səbəbiylə həyatla vidalaşıb. Cismi dünyadan köçsə də, mavi gözlü əsmər qız kimi ürəklərə köçüb. Yaddaşlarda "Qanlı Nigar", "Ezo gəlin", "Koroğlunun Nigarı", "erkək Fatma", “Badam şəkəri”, “Qara çarşaflı” kimi yüzlərlə gözəl obrazlarla qalıb. 

Fatma Girik sağlığında 190 filmə, onlarla seriala çəkilib, saysız-hesabsız nüfuzlu mükafatlar alıb.

# 2328
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

İlin  ən yaxşı filmi   seçildi

İlin ən yaxşı filmi seçildi

29 noyabr 2022 , 19:19
Allahı axtararkən şeytanı tapmaq və oynaya-oynaya ibadət

Allahı axtararkən şeytanı tapmaq və oynaya-oynaya ibadət

29 noyabr 2022 , 18:42
Azərbaycanın  məşhur müğənni bacıları   - SİYAHI

Azərbaycanın məşhur müğənni bacıları - SİYAHI

29 noyabr 2022 , 17:13
Xalq artistinin  səhhəti pisləşdi

Xalq artistinin səhhəti pisləşdi

29 noyabr 2022 , 14:45
Vahid meyxananı məzə ilə yazıb, ələ salırdı - Cavanşir Quliyev

Vahid meyxananı məzə ilə yazıb, ələ salırdı - Cavanşir Quliyev

29 noyabr 2022 , 14:11
53 il sonra “Cəbiş müəllim”in məhəlləsində - Nələr dəyişdi?   - REPORTAJ

53 il sonra “Cəbiş müəllim”in məhəlləsində - Nələr dəyişdi? - REPORTAJ

28 noyabr 2022 , 20:15
Məşhur mahnının qəribə tarixçəsi - Bəstəkar SİRRİ AÇDI

Məşhur mahnının qəribə tarixçəsi - Bəstəkar SİRRİ AÇDI

28 noyabr 2022 , 16:51
AzTV 37 milyonluq büdcəni hara xərcləyir? - Bəstəkardan SƏRT İTTİHAM

AzTV 37 milyonluq büdcəni hara xərcləyir? - Bəstəkardan SƏRT İTTİHAM

28 noyabr 2022 , 13:00