Şəhid pilotumuz, Azərbaycan ordusunun polkovnik-leytenantı Rəşad Atakişiyevin xanımı, Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova mahnı bəstələyib.
Lent.az xəbər verir ki, mahnı Vətən müharibəsi şəhidlərin əziz xatirəsinə həsr edilib. Mahnını Xalq artistləri Fidan Hacıyeva ilə Samir Cəfərov ifa edirlər.
Kompozisiya “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə ərsəyə gəlib.
Lent.az mahnını təqdim edir: