“Qafqaz qartalının uçuşu” daha iki mükafata layiq görüldü
Festivalda Belorus, Bolqarıstan, Özbəkistan, Macarıstan, Çin, Polşa, Cənubi Koreya, Serbiya, Amerika, İran, İsveç və digər ölkələrlə yanaşı Azərbaycan da iştirak edib. .
Lent.az-ın məlumatına görə, Azərbaycan bu festivalda “Qafqaz qartalının uçuşu” sənədli filmi ilə təmsil olunub. “Qısa metrajlı sənədli filmlər müsabiqəsi”ndə yarışan film münsiflərin rəğbətini qazanıb. Nəticədə “Qafqaz qartalının uçuşu” “II Dünya müharibəsinə həsr olunmuş film” nominasiyasında diplom və mükafata layiq görülüb.
Bundan başqa film daha bir mükafat qazanıb. Ukraynada keçirilən “Pobedili vmeste” VII Beynəlxalq Festivala qatılan ekran əsərinin operatoru Elxan Rüstəmov “Ən yaxşı operator işinə görə” mükafat alıb.
Qeyd edək ki, “Salnamə” kinostudiyası və “Lennauçfilm” studiyasının birgə istehsalı olan 20 dəqiqəlik “Qafqaz qartalının uçuşu” sənədli filmi II Dünya Müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüseri Böyükağa Məmmədov və Vladimir Bajindir.
Xəyalə

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55