Almanyiada “Azərbaycan tədqiqatları” məcmuəsi işıq üzü görüb
24 iyun 2011 16:31 (UTC +04:00)

Almanyiada “Azərbaycan tədqiqatları” məcmuəsi işıq üzü görüb

Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Köster“ nəşriyyatında “Azərbaycan tədqiqatları” (“Jahrbuch Aserbaidschanforschung. Beiträge aus Politik, Wirtschaft, Geschichte und Literatur”) adlı illik məcmuənin 4-cü cildi işıq üzü görüb.

Lent.az-ın verdiyi məlumata görə, kitabda Avropa və Azərbaycan tədqiqatçılarının Azərbaycanın iqtisadiyyatı, tarixi, dil və ədəbiyyatı ilə bağlı tədqiqat işləri nəşr olunub və məqsəd Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

İllik məcmuənin 214 səhifədən ibarət 4-cü cildində 10 elmi məqalə öz əksini tapıb. Alman dilində yazılmış və nəticəsi ingilis dilində verilən məqalələr tarix, siyasət, cəmiyyət, dil və ədəbiyyat bölmələrində yer alıb. Məcmuənin nüsxələri Almaniyanın və Avropanın müxtəlif universitet kitabxanalarının kataloq sistemlərində yerləşdirilib. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Milli Kitabxanasına da məcmuə hədiyyə edilib.

Məcmuənin müəllifləri Ruslana Süleymanova və Mərdan Ağayevdir. Məcmuənin beşinci cildinin nəşri 2012-ci ildə işıq üzü görəcək.
# 604

Oxşar yazılar