ADU-da tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək
Universitetin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın Lent.az-a verdiyi məlumata görə, bütün fakültələrdən 27 tələbənin iştirak etdiyi festivalda rəqs, bədii qiraətlə yanaşı, retro və müasir mahnılar da səslənəcək. Tədbirin əvvəlində isə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən süjet təqdim ediləcək.
Tələbələrin bədii yaradıcılıq festivalında onların istedadını xalq artisti, bəstəkar Faiq Sücəddinov, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova və beynəlxalq festivalların laureatı, məşhur rəqqasə Oksana Rəsulovadan ibarət münsiflər heyəti üzə çıxaracaq.
Qeyd edək ki, Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 2011-ci il fevralın 10-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə 57/6 saylı qərar imzalayıb. Qərara əsasən, Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ali məktəb tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək məqsədilə 2011-ci ilin mart-aprel aylarında ali məktəblərdə tələbələrin bədii yaradıcılıq festivalı keçiriləcək.
Festival qaliblərinin yekun konserti may ayının birinci ongünlüyündə keçiriləcək.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06