“Ritm bir dünyadır” –
Bakı Caz Mərkəzində “Rövşən” ritm qrupunun konserti keçirilib. Lent.az-ın məlumatına görə, “Ritm bir dünyadır” adı altında baş tutan konsert maraqlı məqamlarla yadda qalıb. Məlum olub ki, sözügedən konsertin təşkilinin əsas məqsədlərindən biri Azərbaycan musiqisində tarixən istifadə olunmuş, Misirin qədim aləti olan darbukanın dinləyicilərə təqdim olunmasıdır. Darbuka musiqi alətindən Azərbaycan musiqi sənətində tarixən istifadə olunsa da, müasir dövrdə bu aləti yenidən Azərbaycana gətirən məhz bu qrupun rəhbəri Rövşən Cabbarov olub. Dünyada ən tanınmış ritm ustadı hesab olunan misirli padşah Əhmədin yanında dərs keçən Rövşən Cabbarov, daha sonra bu sənəti Vətənində inkişaf etdirmək və tamaşaçılara tanıtdırmaq istəyib.
Rövşən Cababrov bildirib ki, çox möhtəşəm səsə malik olan darbuka aləti torpaqdan hazırlanır.
İki saata yaxın davam edən konsertdə “Rövşən” ritm qrupu yaddaqalan ifası ilə hər bir dinləyicinin ürəyinə yol tapmağı bacarıb. İfa olunan bütün musiqilər məhz qrupun rəhbərinin özünə aiddir. Musiqilərdə ritmlərin çox gözəl şəkildə səsləndirilməsi qonaqların sürəkli alqışları ilə müşayiət olunub. Konsertdə eləcə də Misir ritmləri üzərində qurulmuş “Misir səhraları”, “Fəryad” adı altında muğamla sintez də tamaşaçılara təqdim edilib.
Həmin gün başda Rövşən Cababrov olmaqla qrupun üzvləri Qalib Hacıyev, Anar Ziyadov, Tahir Məmmədov, Cingiz Sadıqov, Səbuhi Əliyev, Ceyhun Babayev, Ağadadaş Dünyamalıyev, Fərid Mehduiyev qonaqlara unudulmaz anlar bəxş ediblər. Fuad İslamovun ifa etdiyi muğam, DJ Icon-un sintezləri də maraqla qarşılanıb. Konsertə təşrif buyurmuş qonaqlara qrup adından xüsusi olaraq hazırlanmış kiçik darbuka aləti hədiyyə verilib.
Qonaqlar arasında Türkiyənin Azərbaycandakı səfirliyi, Misirin ölkəmizdəki səfirliyinin nümayəndələri, əməkdar artist Sevda Ələkbərzadə, müğənni Elmira Ələkbərzadə və başqaları da olub.
Xəyalə

Oxşar yazılar

Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03