Azərbaycan Milli Kitabxanasında İslamdan danışılıb
“İslam mədəni dəyərləri müasir mədəniyyətlərin dialoqu şəraitində” mövzusunda dəyirmi masa keçirilib.
Bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “Bakı-İslam Mədəniyyət Paytaxtı-2009” silsilə tədbirlər çərçivəsində “İslam mədəni dəyərləri müasir mədəniyyətlərin dialoqu şəraitində” mövzusunda dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə “Şərq-qərb mədəni dialoqunda islamın yeri”, “İslam terrorizmə qarşı”, “İslam dini-milli tolerantlıq” və digər məsələlər müzakirə olunub.
Tədbirdə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında baş verən qanlı olay da danışılıb. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri yaxın vaxtlarda nazirlik çərçivəsində görüləcək işlər barədə də məlumat veriblər.
Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyətdə olan xarici ölkə səfirliklərin və müxtəlif təşkilatların nümayəndələri, tanınmış alim və tədqiqatçılar, iştirak ediblər.
Kimyə Rüstəmova

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23