Yaşar Nuri: “Allahdan özümə can sağlığı arzulayıram”
“Bu il mənim 60 illik yubileyimdir. Bu yubileyi xüsusi keçirmək istəyirəm. Vətənə qayıtdıqdan və tam sağaldıqdan sonra yubileyimin hazırlığına başlayacağam. Həmin gün çoxsaylı insan qarşısında çıxış etmək istəyirəm...”
Bu sözləri APA-ya açıqlamasında İstanbulun Memorial Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri deyib. O, hazırda özünü nisbətən yaxşı hiss etdiyini və müaəlicəsinin uğurla davam etdiyini vurğulayıb: “Heç kim narahat olmasın, hər şey normal və öz axarı ilə gedir. Sizin vasitənizlə bütün Azərbaycan xalqına can sağlığı arzu edirəm. İnsanın canı sağlam olanda hər bir işi də yaxşı olur. Allahdan özümə də can sağlığı arzu edirəm”.
Y.Nuri yavaş-yavaş ayağa durduğunu açıqlayıb: “Müalicə yaxşı gedir, yavaş-yavaş dururam, gəzirəm. Darıxmayın, 15 günə qayıdacağam. Məni Akademik Milli Dram, Musiqili Komediya, Kukla teatrları gözləyir. Çoxsaylı insanlar mənə görə narahatdır. Qayıdıb özümü yaxşı hiss edən kimi teatrlarda işə başlayacağam”.
Y. Nuri yubiley ilində özünə ancaq can sağlığı arzu etdiyini söyləyib. Aktyor müalicə dövründə onun üçün xüsusi pəhriz rejiminin təyin olunmadığını da bildirib: “Pəhriz təyin olunmayıb, hər şey yeyirəm...”
Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabrın 3-də anadan olub.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06