Kinematoqrafçılar İttifaqında maliyyə problemləri yaranıb – EKSKLÜZİV
1956-cı ildən fəaliyyət göstərən Azərbaycan Kinematoqrafçılar İttifaqı çətinliklə üzləşib. Son bir neçə aydır təşkilat maliyyə problemləri yaşayır. Bu barədə Lent.az-a Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev məlumat verib.
O bildirib ki, problemlə əlaqədar müxtəlif instansiyalara məktublar göndərilib. Milli Məclisə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə, ayrı-ayrı millət vəkillərinə müraciətlər ünvanlansa da, heç bir müsbət nəticə əldə olunmayıb: “Ötən əsrdən Azərbaycanda Yazıçılar Birliyi, Bəstəkarlar, Rəssamlar, Teatr Xadimləri ittifaqları fəaliyyət göstərir. Onların arasında ən gənc təşkilat Kinematoqrafçılar İttifaqıdır ki, 1956-cı ildə yaranıb. Sadaladığım təşkilatların hamısı büdcəyə salınıb, bina ayrılıb. Bircə biz qalmışıq kənarda. Nə ayrıca binamız var, nə də büdcəmiz. Son aylar isə ciddi maliyyə problemlərilə üzləşmişik. Əvvəllər bir neçə yerdən balansımıza pul köçürmələri olurdu. Artıq o da dayandırılıb. Bundan başqa “Azərbaycan” kinoteatrı da bizim balansımızda idi. Onun ödədiyi icarə haqqı ilə əmək haqlarının bir hissəsini verə bilirdik. İndi o da əlimizdən alınıb. Pis duruma düşmüşük”.
Birinci katibin sözlərinə görə, Rüstəm İbrahimbəyov Kinematoqrafçılar İttifaqının sədri olaraq, ümumiyyətlə, maaş almır: “Təşkilatın 20-yə qədər işçisi var. Onları da Rüstəm müəllim özü birtəhər, cüzi də olsa maaşla təmin edib. Şəxsən mən 7 aydır burdan maaş almıram. Eləcə də digər iki katib. Mən heç olmasa, prezident təqaüdçüsüyəm, birtəhər dolanıram. Bəs qalanları neyləsin? Əgər Kinematoqrafçılar İttifaqı lazım deyilsə, desinlər, çıxaq gedək. Yox, əgər lazımdırsa, onda kömək etsinlər. Çünki çox çətinlik çəkirik”.
Rasim Balayev onu da qeyd edib ki, Kinematoqrafçılar İttifaqının bir illik fəaliyyəti üçün 90 min manat pul lazımdır. Bura Hökumət Evinə ödənilən icarə haqqı, işçilərin əmək haqları və tədbirlərin keçirilməsi üçün lazım olan vəsait daxildir.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27