Muğam televiziya müsabiqəsi yenidən başlayır
Yanvarın 5-də müsabiqənin seçim turu başa çataraq 20-lik müəyyənləşib. Bu barədə Lent.az-a məlumat verən Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov bildirib ki, üçüncü dəfədir keçirilən müsabiqənin münsiflər heyətinin tərkibi olduğu kimi qalıb. Jüriyə Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov və Nadir Axundov daxildir.
M.İbrahimovun sözlərinə görə, əvvəl olduğu kimi, bu dəfə də seçim SMS-lə deyil, yalnız münsiflər heyətinin qərarı ilə aparılacaq: “Bu dəfə də seçimlər tam şəffaflıqla keçəcək. Layiqli iştirakçı layiqli yerini tutacaq. Bu müsabiqəyə də olduqca istedadlı gənclər qatılıb. Onu da deyim ki, seçimlər əvvəl bölgələrdə, sonra Sumqayıt və Bakıda aparıldı. Dünən isə seçim mərhələsi başa çatdı və qalibiyyət uğrunda yarışacaq 20 iştirakçı müəyyənləşdi. Müsabiqənin yenidən keçirilməsi sevindirici haldır. Eyni zamanda gənclərin sənətə gəlməsi üçün yaxşı bir şərait və təkandır. Ümid edirəm ki, nəticələr ürəkaçan olacaq”.
Münsif üzvü onu da qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzində keçiriləcək müsabiqə fevralın 1-dən etibarən AzTV ilə canlı yayımlanacaq.
Xatırladaq ki, Muğam televiziya müsabiqəsi ilk dəfə 2005-ci ildə keçirilib. İkinci dəfə 2007-ci ildə təşkil olunan müsabiqənin qalibləri isə Elməddin İbrahimov və Güllü Muradova olub.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27