Akademik Milli Dram Teatrının kollektivi işdən azad olunub
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə teatrın rəhbəri İsrafil İsrafilov məlumat verib. Teatr rəhbəri qeyd edib ki, Dövlət Dram Teatrında keçirilməsi nəzərdə tutulan müsabiqə yanvarın 5-də başlanacaq: “Komissiya işinə bayramdan sonra başlayacaq. Mən yeni ildə hər şeyin uğurlu olacağına ümid edirəm. Əminəm ki, bu islahatlar müsbət nəticəsini verəcək”. İ. İsrafilov bildirib ki, xarici ölkə rejissorları ilə yanaşı Bəxtiyar Xanızadə, Vaqif İbrahimoğlu da teatra dəvət olunub.
Direktor onu da açıqlayıb ki, bu ilin sentyabrından başlayaraq teatrın aktyorlarla vokal, plastika dərsi keçirilir: “Biz teatrımıza üç vokalçı dəvət etmişik. Bütün aktyorların vokal imkanları yoxlanılır, onlarla lazımi hazırlıq həyata keçirilir. Eyni zamanda Moskvada işləyən iki azərbaycanlı mütəxəssis aktyorlara plastika dərsi keçir. Yəni aktyorlarımızla ciddi işə başlamışıq və bu hazırlıq onlara kifayət qədər kömək edəcək”.
İ. İsrafilov mərhum Adil İsgəndərovun teatr üçün etdiklərini təkrarladığını qeyd edib: “Elə mənim məqsədim bu teatrda Adil İsgəndərovun etdiklərini etməkdir. Mən buna çalışıram, hər şey çox gözəl olacaq. İstəyirəm ki, Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına biletlər tapılmasın. Tamaşaların biletləri bir neçə gün əvvəldən satılıb qurtarsın”.

Oxşar yazılar

Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39
Triller sevənlər üçün 5 ən yaxşı film
13 may 2025 , 12:34
Kann film festivalında çılpaq iştirak qadağan edildi
13 may 2025 , 05:44
Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11