“Gəncləşən muğam-2” konsertini internet vasitəli izləmək mümkün olacaq
Bunu Lent.az-a sarayın mətbuat katibi Anar Fərəczadə bildirib. Onun sözlərinə görə, bu konsert sarayda online sistemdə yayımlanacaq ilk layihə olacaq. İlk online nümayişi saray tərəfindən test rejimi ilə gerçəkləşəcək. Konsertin 20 dəqiqəsi internet istifadəçiləri üçün Heydər Əliyev Sarayının www.ha-saray.az rəsmi internet saytında göstəriləcək. Saray rəhbərliyi bu layihəni mütəmadi olaraq növbəti konsertlərdə də həyata keçirməyi nəzərdə tutur.
Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə ikinci ildir keçirilən “Gəncləşən muğam -2” layihəsinin bədii rəhbəri xalq artisti Mənsum İbrahimovdur. Konsertdə xanəndənin 26 tələbəsi və 12 gənc ifaçı çıxış edəcək. Gənc muğam ifaçıları mahnılarını tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiəti ilə oxuyacaqlar. Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti ilə tələbələri ilə birgə çıxış edəcək.
Xəyalə

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27