                        “Cavid Ömrü” filminin yaradıcı heyəti məktəblilər ilə görüş keçirib
                                    
                                    0
                                
                                    0
                                
                                Lent.az-ın məlumatına görə, aralarında  xalq yazıçısı Anar, rejissor Ramiz Həsənoğlu, əməkdar artist Dilarə Əliyeva, aktyorlar Qurban Məsimov, Vüsal Murtuzəliyev, Müəllimlər İnstitutunun dosenti İsgəndər Orucəliyevin də  olduğu görüşdə məktəblilər qonaqları şərbət və şirniyyatlarla, eləcə də gül-çiçəklərlə  qarşılayıblar. 
Məktəblilər həmin gün Hüseyn Cavidin 128 illiyini qeyd ediblər. Tədbir şagirdlərin Cavid yaradıcılığına həsr olunan şeir və səhnəciklərlə başlayıb. 1 saatlıq proqramdan sonra məktəblilər gələn qonaqları səhnəyə dəvət ediblər. Filmin yaradıcı heyəti məktəblilərin suallarını cavablandırıb, hazırlıqlı görüşə görə, məktəb rəhbərliyinə və uşaqlara öz təşəkkürlərini bildiriblər.
Məktəb direktoru görüşün təşkilində xüsusi xidməti olan Dilarə Əliyevaya öz təşəkkürünü bildirib.
Hüseyn Cavid nəslindən olan sənətçi Cavid Hüseyn görüşün sonunda “Kor ərəbin mahnısı”ni akustik versiyada ifa edib.
Filmin yaradıcı heyəti məktəblə tanış olub, çay süfrəsinə qonaq olublar.
Lalə Yusifqızı
                            
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 
                                            .jpg) 