I Beynəlxalq Aşıq Festivalının açılış mərasimi oldu
Lent.az-ın məlumatına görə, festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilir.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev giriş sözü ilə çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda ilk dəfə təşkil edilmiş bu beynəlxalq festivala 8 ölkənin - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstanın aşıqları qatılıb: “Ulu ozan Dədə Qorqudun xeyir-duaları ilə əsrlərdən bəri yol gələn aşıq sənəti ustad el şairlərinin yetişməsinə, püxtələşməsinə təkan verib. Onların qoşma, gəraylı və bayatıları dillər əzbəridir. Aşıq Qurbaninin, Tufarqanlı Abbasın, Sarı Aşığın, Xəstə Qasımın, Molla Cümənin, Aşıq Ələsgərin, Hüseyn Bozalqanlının, Mikayıl Azaflının, Aşıq Alının, Aşıq Şəmşirin adına bağlı şeirlər, dastanlar bu gün gözəl sənət nümunələridir. Biz belə bir sərvətə soyuq yanaşa bilmərik. Bu sərvət zaman-zaman Azərbaycanın yazılı ədəbiyyatına, çağdaş bəstəkarlığa, xoreoqrafiyaya güclü təsir göstərmiş, bu gün də təsir göstərməkdədir”.
Bu festivalın 2 ildən bir keçirilməsinin nəzərdə tutulduğunu deyən Ə.Qarayevin sözlərinə görə, növbəti illərdə festivalın coğrafiyası daha da genişlənəcək.
Daha sonra Azərbaycan aşıq sənətini özündə əks etdirən videomaterial nümayiş etdirilib və festivalda iştirak edən ölkələrin təmsilçiləri səhnəyə dəvət olunublar.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq Şairi Zəlimxan Yaqub bildirib ki, belə bir möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yaxından kömək göstərib: “Xalqımızın bu ölməz sənətinin haqlı olaraq dünya mədəniyyət inciləri sırasında özünə layiq yer tutması qarşımızda yeni üfüqlər açmaqla yanaşı, məsuliyyət hissimizi də artırıb. Azərbaycanın ev sahibliyi ilə keçirilən bu festival bütün türk dünyasını əhatə edir”.
Mərasim geniş konsert proqramı ilə davam edib.
Qeyd edək ki, festivalın bağlanış mərasimi oktyabrın 26-da Gəncə şəhərində olacaq. Festival çərçivəsində Qazax, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında aşıqların geniş kütlə qarşısında çıxışları təşkil ediləcək.
Xəyalə

Oxşar yazılar

Həyəcan sevənlər üçün 5 film -VİDEO
12 may 2025 , 18:11
“Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları”
12 may 2025 , 16:30
Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO
12 may 2025 , 15:07
Körpəsini quyuya atmaq istəyən, əsərlərini yandıran yazıçı – Mirzə Cəlilin evindən REPORTAJ
12 may 2025 , 14:11
"Avroviziya - 2025" - Bazel müsabiqənin keçirilməsinə nə qədər pul xərcləyəcək?
12 may 2025 , 13:29
Bu Mərkəz Qarabağda muğamın şöhrətini bərpa edəcək-FOTO
11 may 2025 , 11:43
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olundu
10 may 2025 , 14:06