“Eurovision-2011”də Azərbaycanı amerikalı sənətçi təmsil edə bilər
Gələn ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün ABŞ müğənnisi Barklay Nikola Vilyams milli seçimlərdə iştirak edir. APA-nın etibarlı mənbədən əldə etdiyi məlumata görə, amerikalı müğənni milli seçimlərdə iştirak etmək üçün bir neçə gün bundan əvvəl Azərbaycana gəlib. Amerikalı müğənninin öz ölkəsini bir sıra beynəlxalq müsabiqələrdə təmsil etdiyi və uğur qazandığı bildirilib. Gələn ilin mayında Azərbaycanı bu yarışmada təmsil etmək arzusunda olan 90-a yaxın iştirakçı arasında tanınmış simaların da olduğu təsdiqlənib. Onların sırasında müğənnilərdən Xəyyam Nisanov, Nurlan Növrəsli, “Azəri star” müsabiqəsindən tanıdığımız Emin Nəsirli, ötən il də milli seçimlərə qatılan Azad Şabanov, “Yeni ulduz” yarışmasından Lalə Məmmədovanın adını çəkmək olar.
Milli seçimlərə sənədlərini verənlər arasında Almaniyada yaşayan həmyerlimiz və ötən ildə seçimlərə namizədliyini irəli sürən Seyran İsmayılxanov da var. Bununla yanaşı, Azərbaycanın tanınmış bəstəkarı Rauf Hacıyevin nəvəsi Günay da “Eurovision-2011” müsabiqəsində ölkəmizi təmsil etmək istəyindədir. Finlandiyada yaşayan azərbaycanlı sənətçi sənədlərini milli seçimlərə təqdim edib. Rusiyada yaşayan Sultan adlı azərbaycanlı gənc müğənni də namizədliyini irəli sürənlər arasındadır. Almaniyanın Düsseldorf şəhərində keçiriləcək gələn ilki “Eurovision”da Azərbaycanı təmsil etmək şərəfinə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva da namizədlərdən biridir. Yerli KİV-də xalq artisti Aygün Kazımovanın qızı İlqarənin milli seçimlərə qatılması ilə bağlı yazılanlar isə özünü doğrultmayıb. Belə ki, etibarlı mənbə İlqarənin bu seçimlərdə iştirak etmədiyini deyib.
Hazırda Avropa Yayım Birliyinin (EBU) üzvü və müsabiqənin Azərbaycan üzrə yayımçısı İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV), eyni zamanda buna aidiyyatı olan şəxslər ilkin müsahibədən uğurla keçən 90 nəfərə yaxın namizəd arasında seçim aparırlar. APA-ya bildirilib ki, “Eurovision-2011” yarışmasında Azərbaycan təmsil etmək istəyində olanlar arasında çoxsaylı istedadlı gənclər var. Milli seçimlər üzrə I mərhələyə noyabrın ilk ongünlüyündə start veriləcək. Bu mərhələyə vəsiqə qazanan hər bir namizəd İTV-nin canlı efirində öz bacarıq və istedadlarını nümayiş etdirəcəklər. Ötən ilki seçimlərdən fərqli olaraq bu il “Eurovision” təmsilçimizin seçilməsində tamaşaçılar da birbaşa iştirak edəcəklər. Seçimlər həm münsif heyətinin rəyi, həm də tamaşaçı səsverməsi ilə həyata keçiriləcək.
Ötən il “Eurovision-2010” yarışmasında Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərdə iştirak edən sənətçilərdən isə ancaq Azad Şabanov bu ilki seçimlərdə iştirak edir.
Xatırladaq ki, ötən il Norveçin paytaxtı Osloda keçirilən “Eurovision-2010” müsabiqəsində Azərbaycanı Səfurə Əlizadə təmsil edib və beşinci yeri tutub.

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55