İşğaldan zərər çəkən muzeylər
Söz Azadlığını Müdafiə Fondu (SAMF) ermənilərin işğalı nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin rəhbərləri ilə görüşlər keçirib. Bu görüşlər “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində keçirilir.
SAMF-dan Lent.az-a verilən məlumata görə, görüşlərdə işğal olunmuş rayonların tarixi, mədəniyyəti və irsi ilə bağlı zəngin məlumatlar, həmçinin fotolar əldə edilib. Həmçinin layihə çərçivəsində yaradılması planlaşdırılan www.diyarshunaslıq.az saytı ilə bağlı texniki məsələlər həll edilib.
QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi respublika üzrə işğal altında olan rayonların virtual diyarşünaslıq muzeyləri şəbəkəsini yaratmaqla, əlaqəli məlumatların baza sistemi əsasında Azərbaycan regionlarının mədəni-tarixi, irsi obyektlərinin elektron kataloqunu hazırlamaqdır. Layihə çərçivəsində internet şəbəkəsində regional və dünya mədəniyyəti resurslarına Azərbaycanla bağlı izahlı istinadların siyahısını da hazırlamaq nəzərdə tutulub.
Elxan SALAHOV

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55